14
июля
2016
01:32
Aeroportun uçuş-enmə zolağında iki təyyarə toqquşub
Minsk aeroportunda uçuş-enmə zolağında iki təyyarə toqquşub.
APA-nın "Sputnik-Belarus”a istinadən verdiyi məlumata görə, hadisə qasırğa zamanı baş verib.
Toqquşma zamanı təyyarənin göyərtəsi boş olub, heç kim xəsarət almayıb. Təyyarələrdən biri "Belavia” şirkətinə məxsusdur, digərinin markası dəqiqləşdirilir.