Bolqarıstanda mütləq temperatur rekordu qeydə alınıb
Dünya 7

Bolqarıstanda mütləq temperatur rekordu qeydə alınıb

Bolqarıstanlı meteoroloqlar ölkənin Dunay çayı üzərində yerləşən Ruse şəhərində temperatur rekordunun qeydə alındığını bildiriblər. Kölgədə hava 40 dərəcəyə qədər istiləşib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bundan əvvəl şəhərdə ən isti gün 1988-ci il avqustun 14-də qeydə alınıb - 38.6 dərəcə. Sofiyada isə 37 dərəcə isti müşahidə olunub.

Hazırda Bolqarıstanın demək olar ki, bütün ərazisində anomal yüksək temperatur müşahidə edilir. Ölkədə təhlükəli meteoroloji hadisələrə görə qırmızı kod elan edilib.

Bolqarıstanın bəzi bölgələrində, o cümlədən Loveç və Pleven şəhərlərində quraqlıq səbəbindən su istifadəsinə məhdudiyyətlər tətbiq edilib ki, bu da əhalinin narazılığına səbəb olub.



Son xəbərlər