Ukrayna Rusiya ilə diplomatik əlaqələrini kəsdi
Xeberler 329

Ukrayna Rusiya ilə diplomatik əlaqələrini kəsdi



“Ukrayna Rusiya ilə diplomatik münasibətlərini kəsir”.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa növbəti videomüraciəti zamanı açıqlayıb.
“Biz Rusiya ilə diplomatik münasibətləri kəsdik. Ukrayna müdafiə olunur və Moskvda nə düşünürlərsə düşünsünlər azadlığını verməyəcək.  Rusiya İkinci Dünya Müharibəsində Almaniyanın etdiyi kimi alçaqcasına ölkəmizə hücum etdi. Rusiya şər yolu ilə gedir, lakin çox şey Rusiya xalqından asılıdır. Vətəndaşlar özləri hər birinin hansı yol ilə getdiklərini seçəcəklər. Vicdanını itirməyən hər kəs, Ukrayna ilə müharibəyə qarşı etiraz aksiyasına çıxmaq vaxtıdır”, - deyə Zelenski söyləyib. 

Son xəbərlər