Bərdədə evə ildırım düşüb, dağıntı olub
Hadisə 2

Bərdədə evə ildırım düşüb, dağıntı olub - Foto

Bərdədə yaşayış evinə ildırım düşüb.

APA xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. İldırım Tacəddin Vəliyevə məxsus beşotaqlı evə ciddi ziyan vurub.

Ev sahibi bildirib ki, səhər güclü partlayış səsinə oyanıb. İldırım nəticəsində evin mətbəxi dağılıb, evdəki bütün elektron cihazlar sıradan çıxıb.

Müvafiq qurumlar tərəfindən evə baxış keçirilib, dəymiş ziyan qeydə alınıb.

Yerli sakinlər ildırım düşməsi nəticəsində kənddə bir sıra evlərdə elektron cihazlara ziyan dəydiyini bildiriblər.

Bərdədə evə ildırım düşüb, dağıntı olub


Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив