"Azərbaycanda "Omikron" ştamı sürətlə yayılmağa başlayıb"
Xeberler 297

"Azərbaycanda "Omikron" ştamı sürətlə yayılmağa başlayıb"

Azərbaycanda koronavirusun "Omikron" ştamı sürətlə yayılmağa başlayıb.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən MAY.AZ-a verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.
Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirib ki, son zamanlar bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir.
"İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. "Buster" (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki "buster" doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir", - o vurğulayıb.
Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, "Omikron"a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır: "Omikron"dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. "Buster" dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz".

Son xəbərlər