"Alf" serialının məşhur aktyoru dünyasını dəyişib

"Alf" serialının məşhur aktyoru dünyasını dəyişib
Şou-biznes 8

"Alf" serialında "Brayan" obrazı ilə tanınan ABŞ-li aktyor Benci Qreqori 46 yaşında öz avtomobilində dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.

"O, Arizona ştatının Peoria şəhərindəki dayanacaqda xidməti iti Hans ilə birlikdə avtomobilində tapılıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qreqorinin cəsədi iyunun 13-də tapılsa da, ölümü haqqında xəbəri yalnız indi mediaya çıxıb.

Mərhumun bacısının dediyi kimi, o, depressiya ilə mübarizə aparırdı, həmçinin bipolyar pozğunluq və yuxusuzluqdan əziyyət çəkirdi. Qreqoriyə yaxın olan digər şəxslər qeyd ediblər ki, öldüyü gün o, banka gedirmiş və ola bilər, maşında yuxuya gedib. Ölümün səbəbi kifayət qədər isti hava güman olunur.

Məhkəmə-tibbi ekspertizanın nəticələri hələ məlum deyil.


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив