Buffon koronavirusa yoluxub
İdman 551

Buffon koronavirusa yoluxub

İtaliyanın "Parma" futbol komandasının qapıçısı Canluici Buffon koronavirusa yoluxub.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, məşqlər bərpa olunduqdan sonra 43 yaşlı qolkiperin testi müsbət çıxıb.
Oyunçu İtaliya Federal Hökuməti və Səhiyyə Nazirliyinin tələbi ilə təcrid olunub. Üstəlik, bütün heyətdən əlavə test götürülüb.
Qeyd edək ki, Canluici Buffon "Parma" ilə ötən yay müqavilə bağlayıb. İtaliya yığmasının keçmiş qapıçısı bu mövsüm B Seriyasında 18 oyuna çıxıb və 20 top buraxıb.

Son xəbərlər