Hip-hop dünyasının əfsanəsi Puff Diddy ABŞ-də həbs olundu
Şou-biznes 3

Hip-hop dünyasının əfsanəsi Puff Diddy ABŞ-də həbs olundu

Məşhur amerikalı reper və prodüser P.Diddy (əsl adı - Şon Kombs) Nyu-Yorkda təcavüz və insan alveri ittihamları ilə həbs edilib. Xəbər hip-hop dünyasını sarsıdıb və cəmiyyətdə geniş rezonans doğurub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The New York Times" xəbər yayıb.

İttihamnamənin detalları hələ açıqlanmır.

Qeyd edək ki, 2023-cü ilin iyulunda keçmiş porno aktrisası Adria İngliş Kombsu təcavüz və insan alverində ittiham edib.

Bu, 53 yaşlı ifaçının belə cinayətlərdə günahlandırıldığı ilk hal deyil. Ən səs-küylü iş isə zorakılıq ittihamı ilə keçmiş sevgilisi - müğənni Kessi (Kassandra Ventura) tərəfindən başladılmışdı .

Sərvəti "Forbes" tərəfindən 2022-ci ildə 1 milyard dollar qiymətləndirilən P.Diddy karyerasına 90-cı illərdə başlayıb və qısa müddətdə populyarlıq qazanıb. Onun ilk albomu "No Way Out" (1997) ona "Grammy" mükafatı və dünya şöhrəti gətirib.



Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив