Sevgilisi qadının boğazını kəsdi - Şəbnəmin ölüm səbəbi bəlli oldu
Hadisə 316

Sevgilisi qadının boğazını kəsdi - Şəbnəmin ölüm səbəbi bəlli oldu

Türkiyədə Şəbnəm Şirin adlı qadın sevgilisi tərəfindən boğazı kəsilərək öldürülüb.
MAY.AZ AZXEBER.COM-a istinadən xəbər verir ki, Dənizlinin Pamukkale şəhərində 25 yaşlı Şəbnəm Şirinin sevgilisi tərəfindən boğazı kəsilib.

Hadisə səhər saatlarında Pamukkale rayonunun Kınıklı məhəlləsində bir mənzilin birinci mərtəbəsində baş verib. Şəbnəm Şirin ilə sevgilisi Furkan Zıbıncı arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Furkan Zıpıncı mətbəxdən götürdüyü bıçaqla Şəbnəmin boğazını kəsib.
Qışqırıq səslərini eşidən qonşular polisə və təcili yardıma xəbər verib. Mənzilə daxil olan zaman Şəbnəmi qonaq otağında yerdə uzanmış vəziyyətdə görüblər. Boğazı kəsilən Şəbnəmin öldüyü müəyyən edilib. Məlumata görə, cinayətə səbəb qısqanclıq olub.
Polis hadisədən sonra qaçan Furkan Zıbıncının tutulması üçün işlərə başlayaraq onu saxlayıb. İstintaq işləri davam etdirilir.

Son xəbərlər