Ermənistanda peyvənd prosesində kütləvi rüşvət faktları aşkarlanıb, saxlanılanılar var
Dünya 291

Ermənistanda peyvənd prosesində kütləvi rüşvət faktları aşkarlanıb, saxlanılanılar var



Ermənistanda koronavirusa qarşı peyvənd zamanı kütləvi rüşvət və saxtakarlıq halları müəyyən edilib.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, "V.Abajyan adına Ailə Tibbi Mərkəzi" poliklinikasının bir qrup əməkdaşı 2021-ci ilin aprelindən bu günə qədər eyni tibb müəssisəsində qeydiyyatdan keçmiş 700-dən çox vətəndaşı peyvənd etməyib. Bunun əvəzində həmin vətəndaşlara "ARMED" vahid elektron sağlamlıq sisteminə daxil edilən saxta peyvənd sertifikatları tərtib olunub. İlkin araşdırma zamanı məlum olub ki, poliklinika işçiləri buna görə hər bir vətəndaşdan 5-10 min dram (10-20 ABŞ dolları) məbləğində rüşvət alaraq vaksinləri məhv ediblər.
Cinayət işinin ibtidai istintaqı zamanı 10-dan artıq axtarış aparılıb, rüşvət məbləğləri aşkar edilib və müsadirə olunub. Nəticə olaraq peyvənd edilmədən saxta sertifikatlar almış şəxslərin siyahıları hazırlanıb.
Əldə edilmiş sübutlar əsasında tibb mərkəzinin 6 əməkdaşı saxlanılıb.
Hazırda saxta sertifikatları olan bütün şəxslərin aydınlaşdırılması, onlara qarşı cinayət işinin başlanması və məsuliyyətə cəlb edilməsi üçün işlər aparılır.

Son xəbərlər