ABŞ Prezidenti: üçüncü vaksinasiya hər kəs üçün pulsuz və əlçatan olacaq
Siyasət 364

ABŞ Prezidenti: üçüncü vaksinasiya hər kəs üçün pulsuz və əlçatan olacaq

Ağ Evdə çıxışı zamanı Prezident Bayden, COVID-19 əleyhinə üçüncü vaksinasiyanın ölkənin bütün sakinləri üçün pulsuz və əlçatan olacağını bildirib. Ağ Evin rəhbəri özünün mümkün qədər qısa müddətdə üçüncü vaksin dozası almaq niyyətində olduğunu qeyd edib.
MAY.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident hazırda 60 milyon amerikalının peyvəndin üçüncü dozasını almaq hüququna malik olduğunu vurğulayıb.
Üçüncü vaksinasiyadan, 65 və daha yuxarı yaşlı insanlar, həmçinin ciddi xəstəliklərdən əziyyət çəkən və ya ən azı altı ay əvvəl Pfizer / BioNTech istehsalı peyvəndi almış, iş vaxtı COVID-19-a yoluxma riski olan insanlar keçə biləcək.
BioNTech / Pfizer peyvənd istehsalçıları cari ilin ortalarında bu qənaətə gəliblər ki, onların yaratdıqları dərmanların qoruyucu təsiri ikinci peyvənddən altı ay sonra azalmağa başlayır.
Bundan sonra, xüsusən də immun sistemi zəifləmiş insanlarda üçüncü dozaya ehtiyac duyulacaq. Peyvənd istehsalçılarının sözlərinə görə, üçüncü vaksinasiya bütün koronavirus variantlarına, o cümlədən Birləşmiş Ştatları əhatə edən delta variantına qarşı bu günə qədər sınaqdan keçirilmiş qorunmanın ən yüksək səviyyəsini təmin edir.
Bayden, hələ də vaksinin bir dozasını belə almamış 70 milyondan çox amerikalıya müraciət edib narazılığını bildirərək, onlara deyib ki, "xəstəxana çarpayılarında yatan, son nəfəslərində alaraq peyvənd almadıqlarına görə peşman olan" peyvənd olunmayan amerikalıları dinləmək lazımdır.


Son xəbərlər