Nəqliyyat qoçuları yenidən iş başında – Bu dəfə maşının üzərinə çıxdı (VİDEO)
Avtomobil 1 005

Nəqliyyat qoçuları yenidən iş başında – Bu dəfə maşının üzərinə çıxdı (VİDEO)

Nəqliyyat qoçuları yenidən iş başında – Bu dəfə maşının üzərinə çıxdı (VİDEO)


Sosial şəbəkələrdə yayılan bu video insanlar tərəfindən gülüşlə qarşılansa da, əslində, biabırçılıq və qudurğanlıqdır. Həm də, vəzifə səlahiyyətlirini aşmaq elementləri də görünür.

Avtosfer.az bildirir ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı "Qaz-31" markalı avtomobilin üstünə çıxıb və maşını dayandırmağa çalışır. Bunun özünü təhlükəyə atan nəqliyyat qoçusu köşnə əməllərini bir daha nümayiş etdirir.

Bundan əlavə, qanunsuz olaraq geyim formasına müdaxilə edərək özünü yol polisi əməkdaşına oxşatmağa çalışır. Əslində, özləri də bilir ki, sürücülər onlara maşın saxlamır. Bu səbəbdən də geyim formasını DYP geyiminə oxşadaraq sürücüləri saxlatmağa nail olurlar. Lakin bu videoda görünür, sürücü tabe olmayıb. Müfəttiş də, filmlərdəki kimi, maşınn üstünə dırmaşaraq şou göstərir.

Son xəbərlər