31
января
2017
15:51
Azərbaycanlı müğənnidən gözlənilməz etiraf: “Maşın “podpres”i oğurlayıb satırdım” (VİDEO)
ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Emil Bədəlov maraqlı açıqlamalar verib.
Sevilən ifaçı uşaqlığından və atasız böyüməyindən söz açıb: "5 yaşımda atamı itirmişəm. Atam Namiq Bədəlov da musiqiçi olub. Anam bizi böyüdüb, həm analıq, həm də atalıq edib. Amma müəyyən məqamlar olub ki, atasızlığı hiss edibsən. Bir bacı, bir qardaşıq. Bacım da ailəlidir. İlk qazancım avaraçılıqla olub sözün açığı. "Podpres" oğurluyub satmışam. Gecəynən oğurluyurduq. Bir dostum var idi, rəhmətə gedib, onunla edirdik. Boşluğuma düşüb etmişəm. 11-12 şirvana satırdıq. Günə 10-12 dənəsin oğurluyurduq. Hərəsin 3 şirvana satırdıq. Buradan həmin adamlardan halallıq istəyirəm. Sonradan başa düşdüm ki, bu düz yol deyil".
Daha sonra ifaçı aktyorluğundan da danışıb: "Mən evə qayıdıram" filminin baş rolunda oynamışam. Şəhid qəhrəmanımız haqqındadır. İlk dəfə Şuşanı xilas edən şəxs idi. Onu o filmdə mən canlandırmışam. Bu, mənim üçün böyük uğurdur. Kastinqdə 130 nəfərin içindən seçilmişdim. Amma baş rol olduğumu deməmişdilər. Sonradan öyrəndim və az qala sevincimdən uçurdum. Hər kəs tərəfindən bəyənildim".
Emil atasının ifa etdiyi mahnıları oxuduğunu bildirib: "Atamın oxuduğu mahnıları oxumuşam. Bənzərlik də çoxdur. Briliant xanım məni ilk dəfə görəndə dedi ki, atan "krasavçik" idi sən kimə oxşamısan? Gözümü açandan evimizdə sənətkarlar olub. Hər gün evimizdə musiqi sədaları eşidilirdi. Atam qəzada dünyasını dəyişib. Toydan qayıdandan sonra səhəri gün Almaniyaya qastrola gedirdilər".