Siqaret istəyini öldürən 13 qida
Sağlam ol 903

Siqaret istəyini öldürən 13 qida

Siqaret istəyini öldürən 13 qida

Dünyada elə bir adam tapmaq olmaz ki, siqaret çəkmək vərdişindən azad olmaq istəməsin. Lakin çox vaxt insanlar onun əsirinə çevrilir və siqaretlə mübarizədə məğlub olurlar.

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, siqareti tərgitdikdən sonrakı mərhələ də, adətən, çox çətin olur.

Abrahamson metodu ilə bu asılılıqdan xilas olmaq mümkündür. 30 ildir ki, həyata keçirilən bu üsul enerjiyə əsaslanan təbii təmizlənmə üsuludur. Abrahamson metodunu həyata keçirən mütəxəssislər siqaret istəyini azaldacaq qidaların adlarını açıqlayıb.

1.Yulaf əzməsi
20 gün ərzində hər gün isti suda isladılmış yulaf yemək nikotin asılılığını azaldır.

2. Portağal
20 gün ərzində hər gün yarım portağal yemək nikotin istəyini 79 faiz azaldır.

3. Göyərti, tərəvəz və taxıl
İspanaq, kinoa, badam, qara düyü. Hər gün göyərti, tərəvəz və tam taxıl tərkibli hər hansı qida da siqaret çəkmək istəyini azaldır.

4. Pomidor
Pomidor suyu beyinə sinqal göndərdiyi üçün siqareti tərgidənlərə ilk 20 gün 1 stəkan pomidor suyu içmək təklif edilir. Beləliklə, həm asılılıq azalır, həm də pomidorun tərkibindəki antioksidant təsirə malik olan likopen sayəsində estrogen hormonlarının səviyyəsi artır. Pomidoru çiy şəkildə yemək əvəzinə bişirib yemək daha effektlidir.

5. Banan
Həm siqareti tərgitməyi asanlaşdıran, həm də siqaretin yaratdığı zərərli təsirləri minimuma endirən ən faydalı meyvədir. B vitamini və kalium ilə zəngin olduğu üçün orqanizmi gücləndirib ona gümrahlıq verir.

6. Alma
2007-ci ildə aparılan araşdırmada müntəzəm alma istehlakının ağ ciyər funksiyalarını yaxşılaşdırdığı aşkar olunub.

7. Fındıq
Tərkibindəki E vitamini orqanizmi ağ ciyər xərçəngindən qoruyur.

8. Zəncəfil
Zəncəfil ağ ciyərləri təmizləyən çox güclü antioksidantdır. Müxtəlif toksinləri, selikli qişa və arzuolunmaz hissəcikləri ağ ciyərlərdən təmizləyir.

9. Sarımsaq
Sarımsaq güclü antioksidant olmaqla yanaşı, tərkibindəki bol miqdarda alisin maddəsi ağ ciyərləri təmizləyir.

10. Evkalipt
Evkalipt təbii antibiotikdır. Onun tərkibindəki uçucu yağlar sayəsində ağ ciyər infeksiyaları məhv olur. Bundan başqa, qan təzyiqini artıraraq qanın çoxalmasını təmin edir. Öskürək, boğaz qıcıqlanması zamanı, əsasən, bu bitkinin yağından istifadə edilir. Təzə evkalipt çayı bronxit və sinusit xəstəliyinin müalicəsində də istifadə olunur. Onun buxarını udmaq öskürək və bronxiti yaxşılaşdırır.

11. Ekinezya
Soyuqdəymə və öskürəyin müalicəsində istifadə edilir. Bitkinin kökləri ağ ciyər infeksiyaları ilə mübarizə aparır.

12. Keçibuynuzu
Xüsusilə siqaret çəkənlər üçün çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılıb acqarına içilsə, siqaretin verdiyi zərəri azaldar.

13. Əməköməci
Qaynar suda 1 miqdar əməköməci qaynadılır və 5-6 saat sonra acqarına 1 stəkan içilir. Bu çay ağ ciyəri yaxşılaşdırır. Əməköməci eyni zamanda ağ ciyər xərçənginin yaranması riskini azaldır.

Son xəbərlər