15
апреля
2019
18:20
Şaftalının insan orqanizminə faydaları
Şaftalı həzm sistemini sürətləndirir, buna görə də bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Şaftalı sidik yollarının infeksiya xəstəliyi zamanı çox faydalıdır. Meyvə infeksiyalara qarşı təsir göstərməklə yanaşı, böyrəklərdəki xırda daş və qumları tökdürmək qabiliyyətinə malikdir. Şaftalı böyrək və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Tez-tez şaftalı yemək ağız boşluğunda yaraların əmələ gəlməsinin qarşısını alır. Tərkibində olan K vitamininin sayəsində şaftalı ürək xəstəliklərinə yaxşı təsir göstərir. Onun tərkibində olan liflər qanda xolesterolun səviyyəsini aşağı salır.
BiG.AZ immunitet.az-a istinadən bildirir ki, şaftalı antioksidant təsirə malikdir. Şaftalının tərkibində olan sərbəst radikallar günəş işığından orqanizmə dəyən zərərləri aradan qaldırır, orqanizmdə baş verən fərqli xəstəliklərə qarşı qoruyur.
Şaftalı tərkibində olan C vitamini sayəsində insan həyatı üçün vacib meyvələrdən sayılır. O, travma sayəsində toxumalarda meydana çıxan zədələrin sürətlə sağalmasına yardım edir. Şaftalının tərkibindəki turşular onun infeksiyalara qarışı olan təsirini və sümüklərə qarşı faydasını artırır.
Şaftalı arıqlamaq istəyənlər üçün mükəmməl bir qida maddəsidir. Çünki onun kalori dəyəri aşağı olmaqla yanaşı, insanda toxluq hissi yaradan bir meyvədir.
Şaftalı tərkibində olan A vitamini sayəsində sümüklərin möhkəmlənməsinə yardım edir və sümük xəstəliklərinin artması riskini azaldır. Çoxlu şaftalı yemək yaşlanmanın qarşısını alır.
Bir şaftalının tərkibində təxminən 285 qram kalium olur.