Yüksək stress hansı xəstəliklərə təkan verir?
Sağlam ol 910

Yüksək stress hansı xəstəliklərə təkan verir?

Yüksək stress hansı xəstəliklərə təkan verir?


ABŞ-da aparılan bir araşdırma yüksək stressin təhlükəsini müəyyən etdi. Belə ki, araşdırmada stressin ürək və damar xəstəliklərinə şərait yaratdığı müəyyən olundu.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, stress həyatın bir çox məqamlarında yaşadığımız və sağlamlığımıza olduqca ziyan vuran bir prosesdir. Yüksək stressin səbəb olduğu bir çox xəstəliklər vardır. Yeni tədqiqat onlardan birinin ürək xəstəliyi olduğunu müəyyən etdi.
Bu tədqiqat Harvard Universitetində həyata keçirilib. Belə ki, dünyanın ən yaxşı universitetlərindən biri olaraq qəbul edilən Harvardda aparılan araşdırmaya görə stress, ürək xəstəliklərinə tutulma riskini artırır və insanların həyatını təhlükəyə atır. Yüksək stress keçirən insanların gələcəkdə sağlamlığı ilə bağlı böyük problemlərlə qarşılaşacağı bildirildi; siqaret qədər təhlükəlidir.
Tədqiqatda yüksək stressin siqaret və yüksək təzyiq qədər təhlükəli olduğunu da nümayiş etdirildi. Bu isə, çox ciddi məsələdir.

Son xəbərlər