Doğduğu uşağı zibil qutusuna atdı
Hadisə 42

Doğduğu uşağı zibil qutusuna atdı

Novosibirsk sakini zibil qutusunda ədyala bükülmüş körpə tapıb.


Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, kişi körpəni evinə gətirib və təcili yardım və polis çağırıb.


Müstəntiqlər müəyyən ediblər ki, uşağı zibil qutusuna onun öz anası, 22 yaşlı yerli sakin atıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına izah edib ki, bu yolla hamiləlik və doğuş faktını valideynlərindən gizlətmək istəyib.


Qeyd olunur ki, o, körpəni ədyala bükərək evinin yaxınlığındakı zibil qutusuna qoyub.


Uşağın bəxti gətirib - onu iki saat sonra 36 yaşlı yerli sakin aşkar edib.


Körpə sağ qalıb, lakin ümumi soyuqdəymə ilə xəstəxanaya aparılıb. Uşağın vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər