Dünyanın ən yaşlı pişiyi öldü

Dünyanın ən yaşlı pişiyi öldü
0
---
Yayınlanma tarihi: 17-09-2024, 09:42

İngiltərədə dünyanın ən yaşlı pişiyi ölüb. O, 33 yaşında dünyasını dəyişib.

Oxu.Az "Daily Star" qəzetinə istinadən xəbər verir ki, Rozi son dəqiqələrini Norviçdəki mənzildə, 73 yaşlı sahibi Layla Brissettin yanında keçirib.

Pişik 1991-ci ildə anadan olub. Lakin Rozi qeyri-rəsmi titul sahibi olub, çünki Kentdən olan 28 yaşlı Flossi rəsmi olaraq planetin ən yaşlı pişiyi hesab olunur.

Rozinin bu il iyunun 1-də 33 yaşı tamam olub. Bu, insanlarla müqayisədə 152 yaş ekvivalentinə bərabərdir.

Qeyd edək ki, tarixin ən yaşlı pişiyi ABŞ-nin Texas ştatının Ostin şəhərindən olan Krem Pafdur. O, 1967-ci il avqustun 3-də anadan olub və 2005-ci il avqustun 6-dək - 38 il üç gün yaşayıb.



Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!