Futbolçuları koronavirusa yoluxan klub UEFA-nın qərarına etiraz edəcək
İdman 953

Futbolçuları koronavirusa yoluxan klub UEFA-nın qərarına etiraz edəcək

Futbolçuları koronavirusa yoluxan klub UEFA-nın qərarına etiraz edəcək


UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilməli olan və təxirə salınan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) oyunu ilə bağlı qərarını açıqlayıb.

"Report"un məlumatına görə, qurum hər iki kluba məktub göndərib və matçın İsraildə gerçəkləşəcəyini bildirib. Qarşılaşma sentyabrın 12-dək baş tutmalı, tərəflər tarixi və qarşılaşmanın saatını razılaşdırmalıdırlar.

Bosniya və Herseqovina təmsilçisi qərara etiraz edəcəyini açıqlayıb. Klub matçın neytral meydanda olmasını istəyir.

Qeyd edək ki, "Jelezniçar"ın 6 futbolçusu koronavirusa yoluxduğu üçün avqustun 27-nə planlaşdırılan oyun təxirə salınıb.

Son xəbərlər