Şimşək çaxıb, arabir yağış yağıb - Faktiki hava
Hava 11

Şimşək çaxıb, arabir yağış yağıb - Faktiki hava

İyulun 22-si saat 9:00-a olan məlumata görə bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Böyük Qafqaz bölgəsinin bəzi yerlərində yağıntılar leysan xarakterli olub.

Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 39 mm, Şahdağda 18 mm, Qəbələdə 17 mm, Oğuzda 16 mm, Qrızda 12 mm, Xaltan, Şəki, Mingəçevir, Ceyrançöl, Zaqatala, İsmayıllı, Quba, Balakən, Culfa, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Şamaxı, Altıağac, Qusar, Şabran, Göyçay, Sabirabad, Neftçala, Astarada 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 7 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 22 dərəcəyədək isti olub.



Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив