29
августа
2020
13:32
Metronun fəaliyyətinin BU TARİXƏDƏK uzadıldı
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci ilin sentyabrın 15-dək dayandırılıb.
MAY.AZı-n xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə pandemiyaya görə Bakı Metropoliteninin fəaliyyəti iyulun 4-dən dayandırılıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə mövzusudur. Bununla bağlı müzakirələr hazırda davam etdirilir.