17
сентября
2016
12:35
Gəncədə evin divarı iki bacının üzərinə uçdu: 1 ölü, 1 yaralı
Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin "Vtoroy çast" deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.
Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Gəncədə divarın uçması nəticəsində ölən və xəsarət alan qızların bacı olduqları müəyyənləşib.
Evin divarının uçması nəticəsində dağıntılar altında qalaraq ölən şəxs 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı, xəsarət alan isə onun bacısı, 2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızıdır.
Evin divarının hansı səbəbdən uçduğu hələlik məlum deyil.