Qadın psixoloqdan şok açıqlama: Azərbaycan kişisində seksual aclıq var
Sosial 2 628

Qadın psixoloqdan şok açıqlama: Azərbaycan kişisində seksual aclıq var

Qadın psixoloqdan şok açıqlama: Azərbaycan kişisində seksual aclıq var


Demək olar ki, hər gün zorlanma, yaxud cinsi təcavüzə cəhd kimi xəbərlər çoxlarınızın rastına çıxır.

May.Az-in məlumatına əsasən, hətta bəzən də olur ki, ictimai nəqliyyatda xoşagəlməz hallarla rastlaşmalı oluruq. O, mənada ki, bəzən görürsən, avtobusda və ya metroda zərif cindin nümayəndələrinə qarşı xoşagəlməz əl hərəkətləri, sataşmalar olur. Bu hallara daha çox ictimai nəqliyyatın pik saatlarında rastlamaq mümkündür.

Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi BAKU.WS-sə açıqlamasında "Azərbaycan insanında seksual aclıq var” deyərək, fikrini əsaslandırıb:

"Bu kimi hallar bizim insanların seksə qarşı çox ac olduğunu göstərir. Bizdə qadın yolla gedir, ona söz atırlar, pis formada baxırlar, maşınlarına dəvət edirlər. Avropada isə bunu ancaq seksual xidmət göstərən qadınlara edirlər. İnsanlarda seksual aclıq bilirsiniz nə ilə əlaqədardır? Heç kimə sirr deyil ki, insan orqanizmi üçün tabu yoxdur. Biz təbiətə qarşı çıxa bilmərik. Müəyyən yaş dövründən sonra orqanizmin seksual təlabatı ödənməlidir. Daha bir məqama da toxunum ki, cəmiyyətdə bakirəlik tabusunun olması kişilərdə seksual aclığın artmasına səbəb olur. İndi milli-mentalitetdən, mənəvi dəyərlərdən, əxlaqdan, namusdan danışırlar. Gəlin etiraf edək ki, indi bir çox gənclər istədikləri seksual həyatı yaşayır. Amma bunu ətrafdakılardan, cəmiyyətdən gizlədirlər. Bunu gizlətmək də doğru deyil. Əksinə, bunu normal formada etmək lazımdır ki, sabah hər hansı bir xəstəliklərin yaranmasına rəvac verilməsin. Hətta təklif edirəm ki, məktəblərdə xüsusi psixoloqlar tərəfindən cinsi tərbiyə həyata keçirilsin. Seksuallıqla bağlı uşaqlara ətraflı məlumat verilsin. Çünki uşaqların bu mövzuya marağı onsuz da var. Yaxşı olar ki, bunu profilaktik tədbirlər vasitəsi ilə əldə etsinlər. Nəinki özləri özbaşına bunu edərək, müxtəlif qorxulu xəstəliklərə yoluxsunlar”.

Yeri gəlmişkən, Azərbaycanın orta məktəblərində seksual tərbiyə üzrə dərslərin keçiriləcəyi gözlənir. Bu məsələnin hətta "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanuna ediləcək əlavədə də öz əksini tapacağı bildirilir.

Aysel.Ş

Son xəbərlər