08
ноября
2016
20:49
Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”
Erkən boşalma kişilərdə ən geniş yayılmış seksual problemlərdən bəlkə də ən birincisidir.
May.Az-in məlumatına əsasən, erkən boşalma yalnız tibbi deyil, həm də ictimai problemdir. Çünki onun mövcud olması kişilərdə özünə qiymətvermə və həyat keyfiyyətinin azalmasına səbəb olur. Həmçinin partnyora mənfi təsir göstərir və qarşılıqlı münasibətləti korlayır. Tibbdə sağlam kişilərdə cinsi aktın orta hesabla 7 dəqiqə 3 saniyəyədək davam etdiyi göstərilir.
"Lakin burada da bir məqam var, yəni söhbət sağlam kişidən gedirsə o, sekslə məşğul olan zaman, müxtəlif vaxtlarda 10, 15, hətta 20 dəqiqə, başqa vaxt isə 4 dəqiqəyə orqazm olar bilər. Yəni bu kişinin qeyri-sağlam olmasına dəlalət etmir. Kişi müxtəlif vaxtlarda, fərqli dəqiqə göstəriciləri ilə boşala bilər. Burada əsas məqam kişinin psixoloji vəziyyətidir”.
Bu sözləri androloq-həkim Fərid Məhərov BAKU.WS-ə müsahibəsində deyir:
-Mənə hətta digər xəstəliklərlə bağlı müraciət edən pasiyentlərə "erkən boşalma probleminiz varmı?” - sualını verəndə, 90 faizindən "hə” cavabı alıram. Ümumiyyətlə, kişilər cinsi əlaqə zamanı tələsirlər. Qadınlar isə seks öncəsi müəyyən bir həddə çatmalıdırlar ki, proses zamanı orqazm olsunlar. Buna dırnaqarası hazırlıq mərhələsi deyək. Kişilər bu mərhələyə daha tez hazır olduqlarına görə prosesə səbrsiz yanaşırlar. Bununla da kişi cinsi əlaqəyə girir və erkən boşalır. Belə olan halda isə qadın orqazma çatmır. Çünki qadının anatomiyasında orqazma çatması daha uzun müddət lazımdır.
-Kişilərdə cinsi akt normalda nə qədər müddət olmalıdır?
-Tibbdə deyirlər ki, 7,3 dəqiqədir. Bunlar hamısı sadəcə statistikadır. Əslində bu gülməlidir. Pasiyent yanıma gəlir, deyir ki, erkən boşalma problemim var. Ondan soruşanda ki, başqa bir seks partnyorun varmı? Cavab verir ki, bəli. Soruşanda ki, onunla seks münasibətlərində proses necədir? Pasiyent "Onunla pis deyil” - cavabını verir. Bu da o deməkdir ki, məsələdə partnyor çox önəm daşıyır. Bəzən deyirlər ki, bir qadını hədsiz arzuladım, ona görə tez boşaldım. Bu da düzgün deyil. Qətiyyən, bu tam əksidir. Çox acınacaqlı məqamdır, amma buna mütləq toxunmalıyam. Bizdə əksər hallarda həyat yoldaşı seçəndə, intim parametrlər düşünülmür. Həyat yoldaşı seçərkən ona gələcəkdə doğulacaq uşağın anası kimi baxılır. Belə olan halda kişinin xanımına seksual istəyi olmur. Yatağa gözükölgəli, sanki borcu imiş kimi girir. Kişi nə xanımının, nə də özünün təlabatını ödəyə bilmir. Bununla da həm qadını, həm də özünü bədbəxt edir. Kənarda sevdiyini tapır, bununla da tam sekslə məşğul olur. Yəni kişi tam həvəslə, ləzzətlə cinsi əlaqədə olarsa, onda seksual aktın müddəti nisbətən uzun olur.
-Bu proses beyinlə əlaqəli olduğu üçün bildiyim qədərilə, proesesi süni şəkildə uzatmaq mümkündür. Seksual aktı süni şəkildə uzatmağın hər hansı fəsadları varmı?
-Xeyr, heç bir fəsadı yoxdur. Əksinə, cinsiyyət orqanı nə qədər çox ereksiyada qalarsa, bu daha xeyirdir. Onu da deyim ki, seksual akt zamanı yarım saatı keçirsə, bunun özü də başqa bir problemdir.
-Nə kimi problem?
-Bəzən mənə nadir hallarda gec boşalmaya görə müraciət edirlər. Bu da çox nadir olur, 1-2 faiz. Yəni 100 kişidən birində bu hala rast gəlmək olar. Bu yaxınlarda mənə Türkiyə vətəndaşı müraciət etmişdi. Dedi ki, onda seksual akt 1 saat davam edir. Bu zaman xanımı bezir və yorulur. Burada daha bir məqama toxunmaq istəyirəm. Bəzən deyirlər ki, qadınlar gec orqazm olur. Seksdən tam anlayışı olan kişi qadınını hətta 2 dəqiqə ərzində orqazma çatdıra bilər. Bundan sonra tez boşalma onun üçün dərd ola bilməz.Və daha bir məqam, qadınla seksə başlayan zaman elə davranmaq, öncəsevişmə etmək olar ki o, hətta 2 saat da sekslə məşğul olsa da, "doymaz”. Yəni adətən, xanımlara "seksdən bezdim” cümləsi yaddır. Onu da deyim ki, erkən boşalmanı önləmək üçün müxtəlif pozalar da mühüm rol oynayır. Buna fərdi yanaşmaq lazımdır. Yəni sekslə məşğul olan zaman hər bir kişi özünü tanımalıdır. Kişi özü üçün hansı pozada gec boşaldığını müəyyən etməlidir. Əlavə edim ki, 50 faiz kişilər cinsi əlaqə zamanı görəndə ki, orqazma yaxınlaşırlar, prosesi yavaşladırlar. Bir az gözləmə edir, davam edir, sonra yenə gözləyirlər.
-Məsələnin fiziki tərəfləri – xəstəliklər haqqında nə deyə bilərsiniz?
-Öncə onu vurğulayım ki, ən ağır cinsi xəstəlik belə, psixoloji durumu mükəmməl olan bir kişinin erkən boşalmasına təsir edə bilməz. Yəni bu prosesdə fiziki deyil, psixi, mənəvə tərəfi mühüm rol oynayır. Məsələnin fiziki tərəfinə gəlincə, kişilər yaşlandıqca, əksəriyyətində prostatit əmələ gəlir. Tibbdə prostata kişinin ikinci ürəyi deyilir. Prostatda olan hər hansı iltihabı proses - məsələn, orqanizmdə uzun müddət qalmış infeksiyalar, oturaq şərait, həddindən artıq piylənmə - bunlar birbaşa prostatın iltihabına yol açır. Yəni prostatiti olan kişilər birmənalı şəkildə tez boşalırlar. Burada istək azalmır. Amma bəzi adamlarda bu proses cinsi istəyə də öz təsirini göstərir. Onu da deyim ki, bir kişi cinsi əlaqə zamanı 15-20 dəqiqəyə, növbəti dəfə 2 dəqiqəyə boşalırsa, bu normaldır. Yəni kişi bir dəfə tez boşalırsa, bu problem demək deyil. Bu kişinin psixoloji durumuna bağlıdır, hansı ki, tibbə məlum deyil. Tez boşalma bütün vəziyyətlərdə, hər zaman baş verən haldadır. Tez boşalan kişilərdə isə proses bəzən 1-2 dəqiqə də çəkmir.
-Maraqlıdır, bu problemin həlli zamanı müalicə paralel olaraq psixiatorla birgə aparılır?
-Əslində bunu sekspotoloq yürütməlidir. Əfsuslar olsun ki, Azərbaycan sekspotoloqdan kasıb bir ölkədir... Ümumiyyətlə, bizdə sekspotoloq sözünə gülürlər. Azərbaycanda Tibb Universitetini bitirən bir tələbə otağının qapısına sekspotoloq sözünün yazılmasını özünə şərəf bilməz... Halbuki, bir çox ölkələrə buna çox normal yanaşırlar. Ailələr sekspotoloqa birlikdə gedirlər. Sualınıza gəlincə, bizə müraciət edən pasiyentlərlə söhbət edirik. Suallarımızla xəstədə psixoloji və ya fiziki problemlərin hansının çox, hansının az olduğunu təyin edirik. Görürük ki, bu insanın prostatı və hormonları sağlam, bütün analizləri də təmizdir, amma tez boşalır. Danışığından da görürük ki, bunda psixoloji bir problem var. Burada daha bir məqama toxunumaq istəyirəm. Xaricdə necədir? Yataqda partnyorlar bir-birinə uyğun gəlmədikləri halda ayrılırlar, hər kəs öz yoluna... Bizdə bu məsələlərə başqa prizmadan yanaşırlar. Yəni uyğunsuzluq və ya sevgi olmasa da, boşanmırlar. Bu məsələdə daha çox qadınların haqqının tapdandığını düşünürəm. Burada mentalitet-filan da rol oynayır... Azərbaycan qadını hər hansı kişi ilə bir neçə il birgə seks həyatı yaşayıb, sonra evlənə bilməz. Bunu həm cəmiyyət qəbul etməz, həm də yaşadığı kişi...
Və sonda deyim ki, yetkinlik yaşına çatan insanlar ən azı həftədə 2 dəfə cinsi əlaqədə olmalıdırlar. İstəyirsən, gün ərzində 5 dəfə cinsi əlaqədə ol, bunun heç bir ziyanı yoxdur. Nə qadın, nə də kişi üçün heç bir ziyanı yoxdur.
Səyami.H