22
ноября
2019
14:45
Bakıda yaşlı qadını zorladılar
Bakıda yaşlı qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Çingiz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
MAY.AZ ölkə.az-a istinadən bildirir ki, cinayət işinin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynin icraatına verilib.
Məhkəmə hazırlıq iclası noyabr ayının 26-na təyin olunub.
Qeyd edək ki, Xətai Rayon Polis İdarəsində M.Mehdiyevaya qarşı zorakılıq hərəkətlərinə yol verməkdə şübhəli bilinən Məmmədov Çingiz Binnət oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci, yəni, zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə maddəsi ilə cinayət işi açılıb.