25
января
2018
01:38
Azərbaycanda tikinti materialları istehsalı artıb
istehsalı ilə məşğul olan şirkətlər 567,8 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2016-cı ildə qeydə alınan göstəricidən 46,6 faiz çoxdur.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, ötən il Azərbaycanda 2,88 milyon ton sement (2016-cı illə müqayisədə 24,3 faiz artım), 856,2 ton şüşə-lif (76,1 faiz artım), 29,8 min ton tikinti əhəngi (8,6 faiz artım), 797,5 min ton hazır beton qarışığı (96,8 faiz artım), 144,5 min kubmetr yığma beton tikinti konstruksiyası (64 faiz artım), 22,56 min ton cilalanmış mərmər, travertin, alebastr və onlardan məmulatlar (3,1 dəfə artım) istehsal olunub.