Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb
İqtisadiyyat 1 029

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb


2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 385,1 milyon manatlıq məhsul istehsal edilib.

MAY.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60,7 faiz, kimya sənayesində 24,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20,0 faiz artıb.

Əsas kimya məhsullarından metanol istehsalı 67,6 faiz, etilen istehsalı 18,2 faiz, propilen istehsalı 17,9 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,1 dəfə, bərk polipropilen boruların istehsalı 77,9 faiz artıb.

Son xəbərlər