12
мая
2020
15:59
Sabah 28 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 19-23° isti, Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 13-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər .
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.