10
сентября
2024
07:11
Ərəb ölkələri İranın nüvə proqramından narahatdırlar
Körfəz Əməkdaşlıq Şurası ölkələri İranın nüvə proqramının inkişafından narahat olduqlarını bildiriblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda baş tutan regional təşkilatın nazirlərinin görüşündən sonra dərc olunmuş bəyanatda deyilir.
Nazirlər, həmçinin İranın uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı öhdəliklərinə əməl etməsinin və Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığının vacibliyini vurğulayıblar.
Bəyanatda qeyd olunur ki, ərəb ölkələri İranın nüvə proqramı ilə bağlı problemlərin həlli üçün əməkdaşlığa, o cümlədən regional və beynəlxalq səviyyədə bütün müvafiq danışıqlarda iştirak etməyə hazırdır.