"Karantin rejimi yumşaldılsa, ilk hansı müəssisələrin fəaliyyətinə icazə veriləcək?"- AÇIQLAMA
Xeberler 622

"Karantin rejimi yumşaldılsa, ilk hansı müəssisələrin fəaliyyətinə icazə veriləcək?"- AÇIQLAMA

"Karantin rejimi yumşaldılsa, ilk hansı müəssisələrin fəaliyyətinə icazə veriləcək?"- AÇIQLAMA


Xəbər verdiyimiz kimi zərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı bildirib ki, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu: "Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu, düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır".

Bu gün bir çoxlarını maraqlandıran sual aprelin 20-dən sonra karantin rejim yumşaldılarsa, ilk olaraq hansı müəssisələrin fəaliyyətinə icazə veriləcəyidir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, cənab prezident dünən videobağlantı formatında keçirdiyi iclasda bir neçə mühüm məsələyə toxundu: "Ölkə başçısı 190 manat alan şəxslərin sayının əhəmiyyətli dərəcədə artırılaraq 200 min nəfərdən 600 min nəfərə çatdırılması ilə bağlı göstəriş verdi. Eyni zamanda bildiridi ki, biz hər zaman insanlarımızın yanındayıq. Vətəndaşlarımıza dəstək verməyə hazırıq. Dövlətimizin buna yetərincə gücü var. Bundan əlavə cənab prezident bildirdi ki, karantin rejim bir az da uzadılmalıdır. Karantin rejiminin hansı formada uzadılacağı ilə bağlı təkliflərin hazırlanması ilə bağlı ölkə başçısı tapşırıq verdi. Bilirsiniz ki, karantin rejim yumşaq formadan ən sərt vəziyyətə çatdırıldı. Aprelin 5-də karantin rejiminin qaydaları sərtləşdirildi. Dünən cənab prezidentimiz karantin rejiminin yumşalmadan sərtləşməyə gəldiyi kimi bu formada da xüsusi mexanizimin hazırlanması ilə bağlı tapşırıq verdi. Yəqin ki, Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən olunmuş sonuncu karantin rejim müddəti uzadılacaq. Yoluxma dinamikası azalarsa, sərtləşmədən yumşalmağa doğru gediləcək. O zaman da ilk olaraq hansı müəsssisələrin fəaliyyətinə icazə veriləcəyi məluma olacaq. Təbii ki, bütün bunlar Operativ Qərərgahın verəcəyi qərardan asılıdır".

Son xəbərlər