28
марта
2020
15:23
Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı
Apasport.az saytının məlumatına görə, Yuliya Kərimova və Marqarita Əzizova, eyni zamanda yığmanın sabiq oyunçusu Yekaterina Jidkova təcrid ediliblər.
Legioner həyatı yaşayan Ukrayna əsilli voleybolçularımız Azərbaycana qayıdarkən karantinə alınıblar. Buna səbəb bütün dünyada yayılan koronavirus pandemiyası təhlükəsidir. Voleybolçular müəyyən edilmiş müddətdən sonra evlərinə buraxılacaqlar.
Qeyd edək ki, Marqarita Əzizova “Radomka” (Polşa), Yekaterina Jidkova “Sarıyer Bələdiyəsi” (Türkiyə), Yuliya Kərimova isə “Makkabi”də (Hayfa, İsrail) çıxış edir.