Понедельник
фев 26

Arvadı ilə qayınatasını bıçaqladı

Gəncədə kürəkən arvadını və qayınatasını bıçaqlayıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Yeni qəsəbədə qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törətməkdə 1997-ci il təvəllüdlü M.Mirzəyev şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.



Комментарии (0)

Оставить комментарий