20
марта
2020
18:40
Bu ölkədə temperatur 70 DƏRƏCƏDİR
Dünyamız mənfi 60 dərəcə soyuq, 50 dərəcə istidən yuxarı ölkələrə ev sahibliyi edir.
Bəzi ölkələrdə temperatur 70 dərəcəyə qədər yüksəlir. Günəşi çox yaxında hiss etdiyimiz bəzi ölkələri təqdim edirik.
Afrikanın səhra coğrafiyasında yerləşən dünyanın ən isti ərazilərinin birincisi ABŞ-da yerləşən Death Valley vadisidir. Californiya əyalətində yerləşən bu vadidə orta temperatur 47 dərəcədir.
Liviyanın ucsuz bucaqsız çölü Aziziyada temperatur 48 dərəcədən yuxarı olur. Bu ərazidə temperaturun 58 dərəcəyə qədər yüksəldiyi də müşahidə olunub.
Temperatutun yüksək olduğu Efiopiyanın Dallol ərazisində istilik heç vaxt 40 dərəcədən aşağı düşmür.
Sudanın Halfa vadisi dünyanın ən isti yerlərindən biridir. Bu ərazidə havanın temperaturu 53 dərəcədir.
Dəşti-Lüt İranın ikinci ən böyük səhrasıdır. Səhrada temperatur 70 dərəcəyə çatır.
İsrailin turistik ərazilərindən biri olan Ölü Dənizdə havanın temperaturu ortalama 54 dərəcədir.
Afrikanın ən vacib antik yerlərindən hesab olunan Timbuktuda havanın temperaturu 50 dərəcədir.
Tunisdəki Kebili ərazisi dünyanın ən isti bölgələrindən biri hesab olunur. Buradakı istilik 55 dərəcədir.
UNESCO-nun dünya mirası siyahısında olan Liviyanın Qadames şəhərciyində temperatur 55 dərəcədir. (ölkə.az)