Вторник
июн 13

Gözəl lakin çox təhlükəli planetlər

Kosmosda elə planetlər var ki, onlar sanki, insanlar üçün yaradılıb. Amma bu planetlər hər kəsi qorxuda bilər!
HD 189733b-ə nəzər salın. Bu planetin atmosferində silikat hissəcikləri var. Burada şüşə yağışları yağır!
KELT-9 b planeti gözəl bir ulduzun yanında kiçik bir topa bənzəyir. Amma aldanmayın!
Bu, indiyə qədər kəşf edilən ən isti planetdir. Burada temperatur +4300 dərəcəyə qədər yüksəlir!
Müqayisə üçün qeyd edək ki, Merkuridə bu, cəmi +430 dərəcədir. Planet Yupiterdən demək olar ki, üç dəfə böyükdür.
Proksima Kentavr b - Bu planet kəşf ediləndə alimlər onun yaşamaq üçün əlverişli olacağına ümid edirdilər.
Orada temperatur elədir ki, su maye vəziyyətdədir. Həmçinin, ana ulduzu - Proksima Sentavr, kosmik standartlara görə, bizdən çox da uzaq deyil.
Yeganə mənfi cəhəti planetin qəbul etdiyi rentgen şüalanma səviyyəsi yerdən 404 dəfə yüksəkdir. Belə şüalanma hüceyrələri sözün əsl mənasında ionlara parçalayacaq.
Ülkər Rəhmanqızı

Комментарии (0)

Оставить комментарий