18
марта
2020
16:53
Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyyəsinə başlanılır - RƏSMİ
Vətəndaşlarımızın Macarıstandan təxliyyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün saat 20:00-da Budapeşt hava limanından yola düşməsi planlaşdırılır.
Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
“Bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixindən 31 mart tarixinədək “WizzAir” şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin budapest@mission.mfa.gov.az ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir”, - deyə məlumatda qeyd olunub.