Oğlu və gəlini "səs verməyin" dedi, deputatlığa namizəd intihar etdi
Hadisə 653

Oğlu və gəlini "səs verməyin" dedi, deputatlığa namizəd intihar etdi

Oğlu və gəlini "səs verməyin" dedi, deputatlığa namizəd intihar etdi


Pakistanda millət vəkilliyinə namizəd intihar edib.

MAY.AZ publika.az-a istinadən xəbər verir ki, Mirzə Məhəmməd Əhməd Mughalın intiharına səbəb ailəsindən dəstək görməməsi olub.

Mughal intihardan əvvəl dərc etdiyi videoda bildirib ki, oğlu və gəlini qapı-qapı gəzərək seçicilərdən ona səs verməməsini istəyib. Videonun yayılmasından qısa müddət sonra onun cəsədi yaxınlıqdakı məzarlıqda tapılıb.

Onun namizəd olduğu NA-103 seçki dairəsində seçkilər təxirə salınıb.

Qeyd edək ki, Pakistanda parlament seçkiləri iyulun 25-də keçiriləcək. Mughal həyatını itirən üçüncü namizədir. Digər iki namizəd terror hücumlarında həyatını itirmişdi.

Oxşar xəbərlər

Son xəbərlər