17
февраля
2020
14:16
Rusiyada fəhlə mühəndisə təcavüz etdi
Rusiyanın Sankt-Peterburq şəhərində fəhlə iş yoldaşına təcavüz edib.
Mk.ru-nun məlumatına görə, bu barədə təcavüzə uğrayan qadının əri polisə zəng edərək xəbər verib.
Belə ki, inşaatda işləyən 31 yaşlı fəhlə onunla eyni yerdə mühəndis işləyən 28 yaşlı qadını zorlayıb. Bu barədə qadın ərinə danışıb, əri isə polisə məlumat verib.
Polislər qadına təcavüz edən şəxsi tutublar.
Faktla bağlı cinayət işi açılıb.