Həkim evdə hazırlanmış diş pastaları ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Sağlam ol 203

Həkim evdə hazırlanmış diş pastaları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

"TikTok"da trendə çevrilən diş pastası diş minasını məhv edir.
BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail"ə müsahibəsində stomatoloq Ketrin Medden deyib.
Həkim ev şəraitində hazırlanan və "TikTok"da məşhurlaşan bu diş pastası ilə bağlı ciddi xəbərdarlıq edib.
Diş həkimi deyib ki, duz və limondan hazırlanan məşhur "TikTok"un diş pastasından istifadə dişlərin çürüməsinə səbəb olur. O, müsahibəsində belə bir pastanın təhlükələrindən danışıb.
Mütəxəssis sosial şəbəkədə ev şəraitində kokos yağı, çörək soda, limon suyu, sirkə, kömür və hətta hidrogen peroksid kimi inqrediyentlərdən hazırlanan diş pastası ilə yüzlərlə videonun yayılmasından narahat olduğunu deyib. Onun sözlərinə görə, turş limon, soda və duz diş minasının təbəqəsini məhv edə bilər.
K.Medden bildirib ki, minanın zədələnməsi dişlərin çürüməsi, dişlərin rənginin dəyişməsi, həssaslığın artması riskinə gətirib çıxarır, hidrogen peroksidlə sirkə isə diş ətini və digər yumşaq toxumaları yandıra bilər.
O, evdə hazırlanan diş pastası trendini insanların adi diş pastalarının tərkib hissəsində olan ftoridlərin zəhərli maddələrdən ibarət olması düşüncəsi ilə əlaqələndirib. "Onilliklər ərzində elm adamları ftoridlər diş xəstəliklərinin qarşısının alınmasında təhlükəsiz və effektiv olduğuna dair sübutlar əldə ediblər" - deyə stomatoloq vurğulayıb.

Son xəbərlər