Yaşadığı evdə qan içində tapıldı - Reanimasiyadadır (FOTO)
Hadisə 1 161

Yaşadığı evdə qan içində tapıldı - Reanimasiyadadır (FOTO)

Yaşadığı evdə qan içində tapıldı - Reanimasiyadadır (FOTO)


"İşte benim stilim"in münsifi olduqdan sonra məşhurlaşan modelyer Kamal Doğulu xəstəxanalıq olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, yaşadığı evin sahibi tərəfindən qan içində tapılan modelyer pilləkənlərdən yıxılıb.

Hazırda xəstəxanda olan modelyerin qardaşı, aktyor Kadir Doğulu onun vəziyyətinin ağır olduğunu bildirib. O bu haqda Instagram hesabında yazıb:

"Qardaşımın vəziyyəti ağırdır, dua edin. Həkimlər əllərindən gələni edirlər. Bütün ailə ilə yanındayıq. Gərgin günlərin keçməsi üçün dua edirik. Bu müqəddəs günlərdə qardaşım üçün dua edin. Əvvəl qardaşım sağalsın, daha sonra nə baş verdiyi deyilər. Ailəmizdən başqa heç kimin açıqlamasını ciddiyə almayın".

Kemalın dostları Çağla Şikel, Hande Yener, Hakan Akkaya, Armağan Çağlar və Öykü Serter xəstəxanaya onu ziyarət ediblər. Ç.Şikel və Armağan Çağlar modelyerin reanmasiyada olsa da həyatı üçün təhlükə olmadığını bildiriblər.

Yaşadığı evdə qan içində tapıldı - Reanimasiyadadır (FOTO)

Oxşar xəbərlər

Son xəbərlər