23
сентября
2016
01:20
Azərbaycanda qız toyuna bir gün qalmış başqası ilə qaçdı
Ağsu rayonunda qız toyuna bir gün qalmış başqası ilə qaçıb.
May.Az bildirir ki, qızın qaçma səbəbi ailəsinin onu sevmədiyi oğlanla evliliyə məcbur etməsidir.
Məlumata görə, ailəsi qızı İsmayıllı rayonun Topçu kəndindən olan qohumuna nişanlayıb. Bir ildən çoxdur ki, onlar nişanlı olublar. Qız isə əvvəldən bu münasibətə razı olmayıb və ailəsinə başqasını sevdiyini deyib. Oğlanın anasının ağır xəstə olduğunu və qohumluq münasibətlərini nəzərə alan ailə qızının etirazlarına etinasız yanaşıb. Qızı məcburi nişanlayıb. Bir müddət əvvəl qız toyu olub. Lakin oğlan toyuna bir gün qalmış qız sevdiyi oğlanla qaçıb. Qızın ailəsi onu tapıb evə qaytarmaq istəsə də, qız etiraz edib və evlərinə qayıtmayıb.
Lakin oğlan evinə bu barədə heç nə deyilməyib. Toy günü oğlan evi gəlini gətirmək üçün Ağsuya gedib və qızın başqası ilə qaçdığını öyrənib.
Bu hadisədən oğlan şoka düşüb. Ancaq sakitləşdirici iynə vuraraq onu sakitləşdirirlər.