May.Az Mobita.Az CarLife.Az Musiqi Oyunlar Tanışlıq Xəbərlər Bizimlə əlaqə Qaydalar Statistika Bütün bölmələr

Futbolçuları koronavirusa yoluxan klub UEFA-nın qərarına etiraz edəcək


Futbolçuları koronavirusa yoluxan klub UEFA-nın qərarına etiraz edəcək


UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilməli olan və təxirə salınan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) oyunu ilə bağlı qərarını açıqlayıb.

"Report"un məlumatına görə, qurum hər iki kluba məktub göndərib və matçın İsraildə gerçəkləşəcəyini bildirib. Qarşılaşma sentyabrın 12-dək baş tutmalı, tərəflər tarixi və qarşılaşmanın saatını razılaşdırmalıdırlar.

Bosniya və Herseqovina təmsilçisi qərara etiraz edəcəyini açıqlayıb. Klub matçın neytral meydanda olmasını istəyir.

Qeyd edək ki, "Jelezniçar"ın 6 futbolçusu koronavirusa yoluxduğu üçün avqustun 27-nə planlaşdırılan oyun təxirə salınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


нравится0
не нравится0
00
Bölmə: İdman Oxunub: 448 Tarix: 29-08-2020, 20:59
MobTop.az MobTop.az MobTop.az MobTop.az