"Qızıl Qlobus 2020" mükafatlarının laureatları bəlli oldu


"Qızıl Qlobus 2020" mükafatlarının laureatları bəlli oldu


Los-Ancelesdə sayca 77-ci "Qızıl Qlobus" mükafatlarının laureatları elan edilib.

Sonxeber.Az-ın məlumatına görə, "1917" filmi ən yaxşı dram filmi elan edilib. "Bir dəfə Hollivudda" filmi isə "Ən yaxşı film-komediya və ya müzikl" janrında qalib gəlib.

Aktyor Xoakin Feniks "Coker"filmindəki roluna görə ən yaxşı dram aktyoru elan edilib. "1917" filminin rejissoru Sem Mendes də ən yaxşı rejissor mükafatına layiq görülüb.

"Parazitlər" filmi ən yaxşı xarici film mükafatı qazanıb. "Çernobıl" filmi ən yaxşı dram serialı, "İtirilmiş əlaqə" ən yaxşı animasiya filmi seçilib.

Kventin Tarantino "Bir dəfə Hollivudda" filminə görə "Qızıl Qlobus" alıb. Rene Zellveger isə "Cudi" filmindəki roluna görə ən yaxşı qadın aktrisa seçilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: İdman Oxunub: 246 Tarix: 6-01-2020, 22:40

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz