May.Az Mobita.Az CarLife.Az Musiqi Oyunlar Tanışlıq Xəbərlər Bizimlə əlaqə Qaydalar Statistika Bütün bölmələr

Koronavirus mövsümi xəstəliyə çevriləcək - Alim proqnozlaşdırdı


Koronavirus mövsümi xəstəliyə çevriləcək - Alim proqnozlaşdırdı


Yeni növ koronavirus ehtimal ki, digər koronavirus infeksiyaları kimi mövsümi xəstəliyə çevriləcək.

Bunu Rusiyanın Epidemiya Əleyhinə Tədqiqat İnstitutun direktoru Vladimir Kutyrev "Rusya 1” kanalında Nail Əsgərzadənin "Təhlükəli Virus 2" filmində danışarkən deyib.

Kutyrevin sözlərinə görə, COVID-19 bəşəriyyətə digər dörd koronavirusla eyni şəkildə təsir edəcək.

Ekspert əlavə edib ki, bu cür pandemiya təzahürləri dünya tarixində təxminən 10 ildən bir baş verir.

Oxşar açıqlama daha əvvəl "Vektor” Dövlət Elmi Mərkəzinin direktoru Rinat Maksyutov tərəfindən verilmişdi. O, hesab edir ki, yeni koronavirus insanları yoluxdurmağa davam edəcək./publika.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


нравится0
не нравится0
00
Bölmə: Sağlam ol / koronavirus Oxunub: 111 Tarix: 12-04-2020, 14:09
MobTop.az MobTop.az MobTop.az MobTop.az