16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dörd gendəki dəyişiklik mədəaltı vəzi xərçəngi xəstələrinin sağ qalma şanslarına təsir edir

Dörd gendəki dəyişiklik mədəaltı vəzi xərçəngi xəstələrinin sağ qalma şanslarına təsir edir
Dörd gendəki dəyişiklik mədəaltı vəzi xərçəngi xəstələrinin sağ qalma şanslarına təsir edir


Mədəaltı vəzi xərçəngi xəstələrinin ömrü dörd gendəki dəyişiklikdən asılıdır.

Elit.az istinadən bildirir ki, ABŞ-ın Roçester Universitetinin nəzdindəki Vilmot Xərçəng İnstitutu, Dana Farber / Briqham və Qadın Xərçəng Mərkəzi və Stenford Xərçəng İnstitutunda mədəaltı vəzi adenokarsinoması olan 356 xəstə araşdırılıb.

Bütün vəziyyətlərdə mədəaltı vəzidəki şiş hüceyrələri cərrahiyyə əməliyyatı vasitəsilə təmizləndikdən sonra elm adamları xərçəng toxumasından və yaxınlıqdakı normal toxumadan DNT nümunələrini götürüblər. Alimlər nümunələri istifadə edərək növbəti nəsil DNT ardıcıllığını ərsəyə gətiriblər.

Tədqiqat zamanı KRAS, CDKN2A, SMAD4 və TP53 genlərinin fəaliyyəti diqqətə alınıb. Məlum olub ki, həmin genlərdən hamısının və ya ən azı üçünün dəyişikliyə məruz qaldığı xəstələrin əməliyyatdan sonra sağ qalmaq şansları çox azdır.

Mədəaltı vəzi adenokarsinoması ən geniş yayılmış mədəaltı vəzi şişidir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница