Воскресенье
ноя 15

Prezident: Azərbaycana qaytarılan ərazilərdəki xristian məbədləri mühafizə olunacaq

Prezident: Azərbaycana qaytarılan ərazilərdəki xristian məbədləri mühafizə olunacaq


Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib.

MAY.AZ "Report"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığında deyib.

Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur.

Prezident İlham Əliyev bildirib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.

Комментарии (0)

Оставить комментарий