^
U

Fransalı ekspert: "Əks-hücum əməliyyatlarının günahkarı Ermənistandır"


“Bu gün Azərbaycanın Ermənistanın işğalı altındakı torpaqlarında həyata keçirdiyi əks-hücum əməliyyatlarının yeganə günahkarı Ermənistandır".

Bunu “Report”un yerli bürosuna açıqlamasında Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas bildirib.

O, son 30 ildə Ermənistanın Dağlıq Qarabağda sülhün bərpa olunmasında maraqlı olmadığını nümayiş etdirdiyini və Azərbaycana qarşı təxribat xarakterli əməllərə durmadan əl atdığını deyib: “Ermənistan elan edir ki, Dağlıq Qarabağ onun ərazisidir. Suriyadan və digər ölkələrdən erməni mənşəli ailələri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir. Dağlıq Qarabağın 80 faizi Ermənistan tərəfindən maliyyələşdirilir. Bütün bunlar hamısı Ermənistanın təxribat əməlləridir. Ermənistan rəhbərliyi açıq-aydın bəyan edib ki, Dağlıq Qarabağ Ermənistana məxsusdur. Dağlıq Qarabağın Ermənistanın ərazisi olduğunu iddia etmək Azərbaycana müharibə elan etmək deməkdir".

N.Asas vurğulayıb ki, bu ilin iyun ayından Fransa BMT Təhlükəsizlik Şurasına sədrlik edir: "Ancaq BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinə və ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, iyun ayından bəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç nə etməyib. Bu gün artıq hərbi əməliyyatlar başlayıb və vəziyyət gündən-günə pisləşir. Azərbaycan sadəcə özünü müdafiə edir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Qarabag Oxunub: 511 Tarix: 16-10-2020, 16:28
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az