22:48 Niyə insanlarda həm süd, həm də daimi dişlər olur? 22:47 Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar? 10:14 Ölümü ilə bütün dünyanı ağladan müsəlman milyarder 20:49 Robert De Niro Bakıya gələcək 20:48 Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək… 20:47 Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla… 20:45 Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı 20:44 Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ENDİ 10:21 Bakıda balta ilə arvadını öldürən kişi özünü asdı 10:20 Çox yaxında əlinə xeyli pul gələcək 3 BÜRC

Gömrük Akademiyasının məzunları işlə təmin olunurlar

Gömrük Akademiyasının məzunları işlə təmin olunurlar
Gömrük Akademiyasının məzunları işlə təmin olunurlar


Dövlət Gömrük Komitəsinin Akademiyasını bitirən məzunlara gömrük xidmətində işləmək imkanı verilir. Akademiyanın məzunları Dövlət Gömrük Komitəsinin rəhbərliyinin müvafiq əmri ilə müsabiqədən kənar işə qəbul olunurlar.

MAY.AZ-ın verdiyi xəbərə görə, Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, 2018/2019-cu tədris ilində Akademiyanı “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisası üzrə bitirən məzunların Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində işə qəbul prosesi artıq başa çatıb.

Bununla yanaşı, 2017/2018-ci tədris ilində Akademiyanı bitirən həqiqi hərbi xidmətini başa vurmuş ilk məzunların hər biri bu il müsabiqədən kənar gömrük xidmətinə işə qəbul ediliblər.

Beləliklə, təhsilini davam etdirməyən və həqiqi hərbi xidmətini başa vurmuş Akademiyanın bütün məzunları gömrük xidməti orqanlarında işlə təmin olunublar.

Яндекс.Метрика MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница