İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini məhv edib

İsrailin Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın komandanlıq mərkəzlərinə hava zərbəsi endirib. Müvafiq paylaşım ordunun "Teleqram" kanalında yerləşdirilib. "İsrail Ordusu gün ərzində Qəzza zolağında HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirməkdə davam edib. Hədəflər arasında terrorçular, əməliyyat komandanlıq mərkəzləri və onlarla minaatan var", - məlumatda bildirilir.
155