Воскресенье
окт 15

İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini məhv edib

İsrailin Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın komandanlıq mərkəzlərinə hava zərbəsi endirib.
Müvafiq paylaşım ordunun "Teleqram" kanalında yerləşdirilib.
"İsrail Ordusu gün ərzində Qəzza zolağında HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirməkdə davam edib. Hədəflər arasında terrorçular, əməliyyat komandanlıq mərkəzləri və onlarla minaatan var", - məlumatda bildirilir.
Söhbət həm də yeraltı tunellərdən çıxarkən aşkarlanan bir neçə HƏMAS döyüşçüsünün məhv edilməsindən gedir. Tunelin özü də vurulub.(oxu.az)

Комментарии (0)

Оставить комментарий