Serialdakı hamam səhnəsi tənqid olundu – Fotolar
Şou-biznes 221

Serialdakı hamam səhnəsi tənqid olundu – Fotolar

Türkiyədə yayımlanan daha bir serial ilk bölümündən etibarən tənqidlərə tuş gəlib.
7Times.az  xəbər verir ki, söhbət “Yalı çapkını” adlı ekran işindən gedir. Layihədə qadının əşya kimi göstərilməsi və hamamda lentə alınan səhnə müzakirə yaradıb. Belə ki, hadisələrin Qaziantepdə cərəyan etdiyi serialda gəlin almaq üçün qızları hamamda soyunduraraq baxmaları birmənalı qarşılanmayıb.
Xüsusən bölgə əhalisi ekran işində onların bu cür təqdim edilmələrini bəyənməyib və məsələ ilə bağlı “RTÜK”ə (Türkiyədə Radio və Televiziya Ali Şurası) çox saylı şikayətlər ünvanlanıb.
Maraqlı məqamlardan biri isə layihənin məşhur psixoloq Gülseren Budayıcıoğlunun “Yalı çapkını” kitabı əsasında çəkilməsidir. Çünki psixoloqun digər kitabları əsasında lentə alınan seriallardakı bir çox səhnələrə görə, yayımlandıqları kanallar cərimələnib.
Qeyd edək ki, “Star TV”də yayımlanan serialda baş rolları Afra Saraçoğlu, Mert Ramazan Demir və Çetin Tekindor canlandırır.






Son xəbərlər